Azərbaycanda zoonoz xəstəliklərə qarşı mübarizəyə dair Milli Strategiya hazırlanacaq
Azərbaycanda zoonoz xəstəliklərə qarşı mübarizə tədbirlərinə dair Milli Strategiya hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, Milli Strategiyanın hazırlanması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, və İqtisadiyyat nazirliklərinə tapşırılıb.
Strategiyanın insanlar və heyvanlar arasında zoonoz xəstəliklərin səbəb olduğu sağlamlıq risklərinin, bununla əlaqədar xəstəlik və ölüm hallarının azalmasına xidmət edəcəyi vurğulanıb.
14:55 10.09.2026
Oxunuş sayı: 44