Prokurorluq Şəkidə baş verən faciə ilə bağlı qərar verdi
Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin hündürlükdən yıxılaraq həlak olması ilə bağlı cinayət işi başlanıb.
Crossmedia.az xəbər verir ki, Şəki rayon prokurorluğu bu barədə məlumat yayıb.
Hadisə sentyabrın 8-də rayonun Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində baş verib.
Faktla bağlı cinayət işi başlanılıb və hazırda ibtidai istintaq aparılır.
10:31 10.09.2026
Oxunuş sayı: 45