Ordubad və Culfada qaz kəsiləcək
Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ordubad və Culfa rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az'a bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 10-u saat 10:00-dan etibarən, Ordubad rayonu, Culfa rayonunun Yaycı, Dizə, Gal və Şurud kəndləri, həmçinin Culfa şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.
10:22 10.09.2026
Oxunuş sayı: 53