Azərbaycanda muzdla çalışan işçilərlə bağlı VACİB XƏBƏR
Bu il avqustun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il avqustun 1-i ilə müqayisədə 0,7 % çox - 1 milyon 781,1 min nəfər olub.
Crossmedia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, onlardan 836,9 min nəfəri dövlət sektorunda (2,5 % az), 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda (3,7 % çox) fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
10:08 10.09.2026
Oxunuş sayı: 45