İsrail Qəzzadan köçlə bağlı mövqeyini açıqladı
İsrail xarici işlər naziri Gideon Saar Qəzza zolağından heç kimin məcburi şəkildə çıxarılmasının və ya deportasiya edilməsinin planlaşdırılmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, İsrail xarici işlər naziri Gideon Saar bu barədə açıqlama verib.
Saarın sözlərinə görə, Qəzza zolağının sakinlərinin heç birinin məcburi köçürülməsi və ya deportasiyası nəzərdə tutulmur.
O qeyd edib ki, əgər kimsə könüllü şəkildə başqa ölkəyə köçmək istəsə və onu qəbul etməyə hazır olan ölkə tapılsa, İsrail buna mane olmayacaq.
18:07 09.09.2026
Oxunuş sayı: 37