Ermənistan hələlik Aİİ-dən çıxmağı planlaşdırmır
Ermənistanın hazırkı mərhələdə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində olmadığı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sargis Xandanyan bu barədə açıqlama verib.
Xandanyanın sözlərinə görə, Ermənistan Aİİ çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir. O bildirib ki, üzvlüyün dondurulması və ya ittifaqdan çıxmaq məsələsi hazırda müzakirə olunmur.
Bununla yanaşı, Xandanyan Ermənistanın gələcəkdə Aİİ və Avropa İttifaqına üzvlüyünün bir-birini istisna etdiyini qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müraciət edib-etməməsi ölkənin siyasi baxımdan və standartlar baxımından buna hazır olub-olmamasından asılı olacaq.
17:16 09.09.2026
Oxunuş sayı: 38