İsrail XİN-i Böyük Britaniyanı sistemli təzyiqdə ittiham edib
İsrail Xarici İşlər Nazirliyi Böyük Britaniya hökumətinin İsrailə qarşı sistemli təzyiq siyasəti həyata keçirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirlik qeyd edib ki, Böyük Britaniyanın leyborist hökuməti İsraillə ticarət danışıqlarını dondurub, əməkdaşlığı dayandırıb və müdafiə sahəsində məhdudiyyətlər tətbiq edib.
Bundan başqa, London Fələstinin dövlət kimi tanınmasını dəstəkləyib və İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib.
İsrail Xarici İşlər Nazirliyi baş verənləri ardıcıl addımlar kimi qiymətləndirərək, Londonun İsrailə qarşı çıxış etmək üçün heç bir fürsəti əldən vermədiyini bildirib.
17:12 09.09.2026
Oxunuş sayı: 45