Sudanda PUA savaşı qızışır: AKINCI Çin istehsalı PUA-nı vurdu
Türkiyə istehsalı “Bayraktar” AKINCI pilotsuz uçuş aparatının (PUA) Sudandakı qarşıdurmalarda Çin istehsalı PUA və hava hücumundan müdafiə sistemlərinə qarşı istifadə edildiyi bildirilir.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, AKINCI-nın Sudanda Çin istehsalı PUA-lara və hava hücumundan müdafiə sistemlərinə qarşı əməliyyatlarda iştirak etdiyi bildirilir.
Açıq mənbə məlumatlarında AKINCI-nın xüsusilə Çin istehsalı CH-95 tipli PUA-lara qarşı “hava-hava” tipli əməliyyatlarda istifadə olunduğu və bu qarşıdurmalardan üstün tərəf kimi ayrıldığı iddia edilir.
Qeyd edək ki, sözügedən məlumatlar açıq mənbələrə əsaslanır və hadisələrin müstəqil təsdiqi barədə əlavə məlumat verilməyib.
16:28 09.09.2026
Oxunuş sayı: 44