Markus Reşford "Mançester Yunayted"in "Sabah"la oyunöncəsi açıq məşqində iştirak edib
"Mançester Yunayted"in (İngiltərə) futbolçusu Markus Reşford UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Sabah"la oyundan öncə komandanın açıq məşqində iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İngiltərə Premyer Liqasında "Everton"la heç-heçə bitən matçda zədələndiyi bildirilən forvard kollektivlə birgə çalışıb.
Maykl Karrikin rəhbərlik etdiyi komandanın "Sabah"la oyundan öncə Karrinqtondakı bazasında təşkil olunan açıq məşqinə gənc futbolçulardan Harri Amass, Şea Leysi və Cim Tueyts də qoşulublar.
Komandanın üzvlərindən Matteys de Liqt və Lyuk Şouya istirahət verildiyi üçün onlar məşqdə yer almayıblar. De Liqtin mayda belindən əməliyyat olunduqdan sonra bərpa prosesi keçdiyi, L.Şounun isə ötən mövsümün əvvəlindən bəri Premyer Liqadakı bütün matçlara əsas heyətdə başladığı bildirilib.
Amad Diallo, Karlos Baleba və Manuel Uqartenin isə zədə səbəbindən sıradan çıxdığı qeyd olunub.
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford"da start götürəcək.
15:14 09.09.2026
Oxunuş sayı: 51