Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
1952-ci il təvəllüdlü şəxs (Xalq artisti Zaur Rzayev - red.) 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Crossmedia.az'a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir.
12:56 09.09.2026
Oxunuş sayı: 40