Ukraynaya yeni yardım: Vəsait “Patriot” raketlərinə yönəldiləcək
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın ölkəsinə PURL çərçivəsində 100 milyon funt sterlinq dəyərində yeni müdafiə yardımı paketi ayırmasına görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə X hesabında paylaşım edib.
Zelenskinin sözlərinə görə, ayrılan vəsaitin bir hissəsi “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raket-interseptorların alınmasına yönəldiləcək.
Ukrayna Prezidenti bu silahların əldə edilməsini Rusiya tərəfindən ölkənin kritik infrastrukturuna davam edən hücumlar fonunda “mütləq prioritet” adlandırıb.
O, Britaniyanın Ukraynaya müdafiə dəstəyini davam etdirməsinin ölkənin hava hücumlarından müdafiə imkanlarının gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
PURL mexanizmi çərçivəsində müttəfiq ölkələr Ukraynanın prioritet hərbi ehtiyaclarının qarşılanması üçün maliyyə ayırırlar.
19:22 08.09.2026
Oxunuş sayı: 47