Macarıstan 10 Rusiya diplomatını ölkədən çıxarır
Macarıstan diplomatik statuslarına uyğun olmayan fəaliyyət göstərdikləri bildirilən 10 Rusiya diplomatının ölkəni tərk etməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Macarıstanın xarici işlər naziri Anita Orban bildirib ki, Rusiya diplomatik nümayəndəliyinin 10 əməkdaşı Vyana Konvensiyasına əsasən diplomatlar üçün qəbuledilməz hesab olunan fəaliyyətlə məşğul olub. Macarıstan tərəfi həmin şəxslərin ölkəni tərk etməsini tələb edib.
Nazirin sözlərinə görə, qərar Macarıstanın təhlükəsizliyi və suverenliyinin qorunması məqsədi daşıyır.
Anita Orban bununla belə, qərarın Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi anlamına gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, Budapeşt qarşılıqlı hörmət və beynəlxalq qaydalara riayət əsasında Moskva ilə zəruri dialoqu davam etdirmək niyyətindədir.
Macarıstan hakimiyyəti diplomatların konkret hansı fəaliyyətinə görə ölkədən çıxarıldığını açıqlamayıb.
17:45 08.09.2026
Oxunuş sayı: 47