Almaniyada etiraz aksiyasında atəş açıldı
Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən etiraz aksiyası zamanı baş verən atışmada bir nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, hadisə Almaniyada sağçı radikal Almaniya üçün Alternativ (AfD) partiyasının əyalət seçkilərində qələbəsindən sonra keçirilən etiraz aksiyası zamanı baş verib.
Məlumata görə, hadisə Saksoniya-Anhaltın ikinci ən böyük şəhərinin mərkəzində, təxminən 850 nəfərin iştirak etdiyi yürüş zamanı baş verib.
Qeyd edək ki, AfD Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə səslərin təxminən 44 faizini toplayaraq birinci olub. Partiya 83 yerlik əyalət parlamentində 39 mandat əldə edib, lakin hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər səs qazanmayıb.
Hadisə ilə bağlı digər təfərrüatlar və atışmanın səbəbləri barədə məlumat verilməyib.
17:29 08.09.2026
Oxunuş sayı: 48