Böyük Britaniya Ukraynaya 100 milyon funt sterlinqlik müdafiə paketi verir
Britaniya Ukraynaya 100 milyon funt sterlinq dəyərində hava hücumundan müdafiə vasitələri, o cümlədən “Patriot” sistemləri üçün raketlər göndərəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, London Ukraynanın hava hücumlarından müdafiə imkanlarını gücləndirmək məqsədilə müttəfiqlərlə birlikdə yeni dəstək paketi təqdim edir.
Məlumata görə, qarşıdakı aylarda Britaniya Ukraynaya Almaniya, Danimarka, Litva, Niderland, Norveç və İsveçin maliyyə dəstəyi ilə on minlərlə uzaqmənzilli artilleriya mərmisi də göndərəcək.
Britaniya hökuməti bu yardımı Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl Böyük Britaniyanın Ukraynaya uzunmüddətli dəstəyini tənqid edib.
12:40 08.09.2026
Oxunuş sayı: 65