Ağstafada 25 yaşlı gənc bıçaqlanıb
Ağstafada 25 yaşlı H.Sadıqov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, APA bu barədə məlumat yayıb.
Məlumata görə, 2001-ci il təvəllüdlü H.Sadıqova ilkin tibbi yardım göstərildikdən sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
09:40 07.09.2026
Oxunuş sayı: 42