Reform UK də gizli çəkiliş qalmaqalı
Böyük Britaniyanın islahat partiyasında (ReformUK) gizli çəkilişlə bağlı yaranan qalmaqal partiyanın Birmingemdə keçirilən konfransının əsas müzakirə mövzusuna çevrilib.
Crossmedia.az xəbər verir ki, “BBC” son günlər baş verən hadisələrin “Reform UK”nin özünü daha peşəkar siyasi qüvvə kimi təqdim etmək səylərinə zərbə vurduğunu yazıb.
Məlumata görə, “Channel 4 News”un yayımladığı gizli çəkiliş iki yüksək vəzifəli partiya nümayəndəsinin vəzifələrindən uzaqlaşdırılmasına səbəb olub. Partiyanın siyasət rəhbəri Ceyms Orr və “Reform UK” lideri Naycel Faracın yaxın köməkçisi Den Cuks vəzifələrindən uzaqlaşdırılıb. Onların hər ikisi hər hansı qanun pozuntusuna yol verdiklərini inkar edir.
17:09 06.09.2026
Oxunuş sayı: 64