Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşü olacaq
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü istisna etməyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ryabkov bildirib ki, belə bir görüş ideyası artıq gündəmə gətirilib və ictimai müstəvidə də müzakirə olunur. Bununla belə, onun sözlərinə görə, görüşün hazırlanması mərhələsinə keçildiyini söyləmək hələlik şişirtmə olardı.
Diplomat qeyd edib ki, əsas məsələ görüşün məzmununun necə formalaşdırılacağı və nəticədə hansı qərarların gözlənildiyidir. O, yüksək səviyyəli formatların özlüyündə mühüm əhəmiyyət daşıdığını və lazımi siyasi siqnallar göndərdiyini vurğulayıb.
“Rusiya–Hindistan–Çin” (RİK) formatını nümunə göstərən Ryabkov əlavə edib ki, Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli format indiyədək tətbiq olunmayıb.
“Əlbəttə, heç nəyi istisna edə bilmərəm. Lakin praktiki baxımdan hazırda əlavə edəcəyim heç nə yoxdur”, – deyə Ryabkov bildirib.
14:57 06.09.2026
Oxunuş sayı: 48