Trampın reytinqi rekord həddə düşüb
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin sayı 33 faizə enib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” Britaniyanın “Focaldata” şirkətinin keçirdiyi sorğunun nəticələrinə istinadən bu barədə məlumat yayıb.
Sorğunun nəticələrinə görə, Trampın siyasətini dəstəkləyənlərin göstəricisi əvvəlki 35 faizdən 33 faizə düşüb. Respublikaçılar Partiyasına səs verən seçicilər arasında isə Trampa dəstək 72 faizə enərək antirekord səviyyəyə çatıb.
Respondentlərin əksəriyyəti Vaşinqtonun ticarət siyasətindən və tariflərdən narazı olduğunu bildirib. Sorğuda iştirak edənlərin üçdə ikisi ABŞ iqtisadiyyatının yanlış istiqamətdə getdiyini düşünür.
Respondentlərin təxminən 60 faizi isə maliyyə vəziyyətlərinin pisləşməsinə görə Trampı məsul şəxs hesab edib. Kanada ilə bağlı tarif siyasətindən narazı olanların payı isə 56 faiz təşkil edib.
14:03 06.09.2026
Oxunuş sayı: 42