ABŞ-nin Hörmüz boğazında keçirdiyi gizli əməliyyat ifşa olundu
ABŞ hərbi-dəniz qüvvələri Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə dörd ay davam edən məxfi mina təmizləmə əməliyyatı keçirib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatda ABŞ xüsusi təyinatlılarının dalğıcları, robotlaşdırılmış qayıqlar və xüsusi sualtı aparatlarından istifadə olunub.
Gecə saatlarında kiçik qruplardan ibarət istehkamçılar rezin qayıqlarla əraziyə çıxaraq minaları aşkar edib və onların üzərinə partlayıcı maddələr yerləşdirərək zərərsizləşdiriblər.
“Financial Times”ın məlumatına görə, əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb.
13:57 06.09.2026
Oxunuş sayı: 47