Dünyanın ən gözəl qadını seçilib
Miss World 2026 titulunun qalibi Dominikan Respublikasından olan Cohayri Mola seçilib
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Miss World” gözəllik müsabiqəsinin 73-cü finalı baş tutub.
Bu il müsabiqə tarixində ilk dəfə Vyetnamın Khanh Hoa əyalətində keçirilib.
Müsabiqənin qalibi və dünyanın ən gözəl qadını titulunun sahibi Dominikan Respublikasını təmsil edən Cohayri Mola olub.
İkinci yeri İspaniya təmsilçisi, üçüncü yeri isə Malayziya nümayəndəsi tutub. Qalib uğrunda ümumilikdə 114 iştirakçı mübarizə aparıb.
12:05 06.09.2026
Oxunuş sayı: 46