Rusiya 763 PUA-nın vurulduğunu açıqladı
Rusiya hava hücumundan müdafiə sistemlərinin son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 763 təyyarə tipli pilotsuz uçuş aparatını vurduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin son sutkadakı itkiləri ilə bağlı məlumatların da təqdim edildiyi bildirilib.
14:06 05.09.2026
Oxunuş sayı: 47