Zaxarova fransalı nazirə Pyer de Qollu nümunə göstərdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransanın xarici işlər naziri Jan-Noel Barro-nun Rusiyanın ağır vəziyyətdə olması ilə bağlı açıqlamasını yalan adlandırıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Zaxarova bildirib ki, Barro Rusiyanın vəziyyəti və nəzarət etdiyi ərazilərlə bağlı yanlış məlumatlara əsaslanır. O, Fransa XİN rəhbərinə Rusiyada yaşayış icazəsi alan Pyer de Qoll ilə danışmağı tövsiyə edib.
Diplomat qeyd edib ki, Pyer de Qoll əfsanəvi fransız generalı Şarl de Qollun nəvəsidir. Zaxarova Barroya Rusiyadakı vəziyyət barədə ondan məlumat almağı təklif edib.
Rusiya XİN sözçüsü Fransa nazirinin açıqlamasını tənqid edərək onu “yalançı” adlandırıb.
13:23 05.09.2026
Oxunuş sayı: 45