Süni intellekt şirkətlərdə iyerarxiyaların rolunu azalda bilər
Süni intellektin inkişafı şirkətlərin ənənəvi idarəetmə strukturlarını dəyişdirə və iyerarxiyalardan asılılığı azalda bilər.
Crossmedia.az xəbər verir ki, süni intellekt üzrə çinli ekspert və investor Kay-Fu Li bu barədə açıqlama verib.
Onun sözlərinə görə, süni intellekt əsaslı işçilər getdikcə daha sürətli, səmərəli və ucuz fəaliyyət göstərirlər. Bu isə ənənəvi iyerarxik idarəetmə modellərinin əhəmiyyətini azalda bilər.
Kay-Fu Li hesab edir ki, gələcəkdə şirkətlər tapşırıqları düzgün formalaşdırmağı, süni intellektin işini təşkil etməyi və nəticəyə görə məsuliyyət daşımağı bacaran mütəxəssislərə daha çox ehtiyac duyacaqlar.
Ekspert vurğulayıb ki, süni intellekt öz qərarlarına görə məsuliyyət daşıya bilmədiyindən bu məsuliyyət insanlarda qalacaq.
17:41 04.09.2026
Oxunuş sayı: 40