Rusiya dronları Kiyevə hücum etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mərkəzi binasına Rusiya pilotsuz uçuş aparatının zərbə endirdiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə açıqlama yayıb.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatı Kiyevin Vladimirskaya küçəsində, Sofiya kilsəsinin qarşısında yerləşən SBU-nun mərkəzi binasına yönəlib.
Zelenski bildirib ki, dron birbaşa SBU rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Pokladın kabinetini hədəfə alıb. Hadisə yerində təcili xidmətlərin əməkdaşları çalışır, zərərçəkənlərə lazımi yardım göstərilir.
Ukrayna Prezidenti Aleksandr Poklada hücuma adekvat, hiss olunan və mümkün olduğu təqdirdə qarşı tərəfin zərbəsinə uyğun cavab hazırlanması barədə tapşırıq verdiyini açıqlayıb.
Zelenski bildirib ki, Ukrayna hərbçiləri də bu cavab əməliyyatında iştirak edəcək.
17:21 04.09.2026
Oxunuş sayı: 40