Putindən nüvə enerjisi ilə bağlı MÜHÜM AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, kiçik gücə malik atom energetikasını inkişaf etdirən yeganə ölkə Rusiyadır.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə Şərq İqtisadi Forumunun plenar iclasında danışıb.
Onun sözlərinə görə, Rusiya kiçik gücə malik atom elektrik stansiyalarının yaradılması istiqamətində praktiki işlər aparır və bu sahədə yeni layihələr həyata keçirir.
Putin qeyd edib ki, Rusiyanın Arktika zonasına, o cümlədən kiçik atom elektrik stansiyalarına əsaslanan yeni enerji obyektləri yerləşdirmək planları var. O, Rusiyanın bu texnologiyalarının beynəlxalq bazarlarda da təşviq edildiyini bildirib.
Məlumata görə, Rusiyanın ilk üzən kiçik atom elektrik stansiyası 2020-ci ildə sənaye istismarına verilib.
17:01 04.09.2026
Oxunuş sayı: 49