Qəzzada HƏMAS-a ağır zərbə: “Nuxba” komandiri öldürüldü
İsrail ordusu HƏMAS-ın “Nuxba” xüsusi bölməsinin komandiri Məhəmməd Mahmud Marşad əl-Kadinin öldürüldüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri və Şin Bet bu barədə məlumat yayıb.
Bildirilib ki, əl-Kadi Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində həyata keçirilən zərbə nəticəsində öldürülüb.
İsrail tərəfinin məlumatına görə, əl-Kadi 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücum zamanı Sufa hərbi postuna hücuma rəhbərlik edib. O, həmçinin müharibə dövründə Rəfah bölgəsində girovların saxlanılmasında iştirak edib.
İsrail ordusu əlavə olaraq bildirib ki, əl-Kadi son dövrdə HƏMAS üzvlərinin hazırlanmasında, qruplaşmanın hərbi imkanlarının bərpasında və İsrail hərbçiləri ilə mülki şəxslərə qarşı hücum planlarının hazırlanmasında iştirak edib.
Məlumata görə, zərbə bu həftə Xan Yunis ərazisində həyata keçirilib
13:57 04.09.2026
Oxunuş sayı: 48