Pekində robotlar üçün “uşaq bağçası” yaradılıb
Pekində robotların real mühitdə sınaq və səhv yolu ilə öyrənməsi üçün xüsusi təcrübə platforması yaradılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə araşdırmaçılar məlumat yayıb.
Yeni platformada robotlar əvvəlcədən hazırlanmış təlimatları yerinə yetirməklə kifayətlənmir, müxtəlif hərəkətləri öz təcrübələri əsasında sınaqdan keçirirlər. Bu yanaşma onların ətraf mühitlə qarşılıqlı əlaqə quraraq düzgün və yanlış hərəkətləri ayırd etməsinə imkan verir.
Alimlərin fikrincə, robotların ətraf mühitlə müstəqil şəkildə qarşılıqlı əlaqədə olması onların yalnız ayrı-ayrı tapşırıqları yerinə yetirməsindən daha geniş imkanlara sahib olmasına şərait yarada bilər.
Tədqiqatçılar hesab edirlər ki, bu üsul robotların fiziki dünya haqqında daha dərin anlayış formalaşdırmasına və gələcəkdə daha mürəkkəb tapşırıqları müstəqil şəkildə yerinə yetirməsinə kömək edə bilər.
16:20 02.09.2026
Oxunuş sayı: 62