Hikmət Hacıyev: Dünya Köçəri Oyunlarında komandamıza uğurlar arzulayırıq
Azərbaycan idmançıları Bişkekdə Dünya Köçəri Oyunlarının açılış mərasimində bayraqlarla keçiddə iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, müvafiq videonu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə paylaşıb.
"Dünya Köçəri Oyunlarında Azərbaycan heyətinin qürurlu keçidi! Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!",- paylaşımda qeyd olunub.

19:05 31.08.2026
Oxunuş sayı: 41