Türkiyənin yeni döyüş təyyarəsi ilk dəfə səmaya qalxıb
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri, professor Haluk Görgün bildirib ki, ölkənin Hərbi Hava Qüvvələrinə təhvil veriləcək ilk HÜRJET təlim-döyüş təyyarəsi yerüstü sınaqları uğurla başa vurduqdan sonra ilk uçuşunu həyata keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görgünün sözlərinə görə, bununla HÜRJET layihəsində mühüm mərhələ geridə qalıb.
15:43 30.08.2026
Oxunuş sayı: 59