Məşhur boksçu karyerası boyunca ilk dəfə məğlub olub
Məğlubedilməz britaniyalı boksçu, 21 yaşlı Mozes İtauma karyerasında ilk məğlubiyyətini alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
IBF titulu uğrunda döyüşdə xorvatiyalı Filip Xrqoviç onu 9-cu raundda nokaut edib.
İtauma rinqdən xərəkdə çıxarılıb. O, bu döyüşə qədər keçirdiyi 14 qarşılaşmanın hamısında qalib gəlmiş, onların 12-də rəqiblərini ilk raundlarda nokaut etmişdi.
14:45 30.08.2026
Oxunuş sayı: 51