Deputat: VPN-dən davamlı istifadə təhlükəlidir
VPN xidmətlərindən davamlı istifadə təhlükəsizlik baxımından risk yarada bilər.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarskinin açıqlamasına istinadən məlumat yayıb.
Boyarskinin sözlərinə görə, xüsusilə gənclər arasında VPN tətbiqlərindən həddindən artıq istifadənin qarşısını almaq lazımdır. O bildirib ki, bu xidmətlərdən sui-istifadə istifadəçiləri dövlətin müxtəlif imkanlarla qorumağa çalışdığı təhlükəli internet resurslarına və məkanlarına yönləndirə bilər.
Boyarski VPN xidmətlərindən istifadəyə münasibətdə daha məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.
12:58 30.08.2026
Oxunuş sayı: 52