Tokayev nüvə sınaqları ilə bağlı hərəkətə keçməyə çağırıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev nüvə dövlətlərini danışıqlara başlamağa və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsinin qüvvəyə minməsini sürətləndirməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tokayev xatırladıb ki, 35 il əvvəl Qazaxıstan onilliklər ərzində insanların sağlamlığına və ətraf mühitə zərər vuran Semipalatinsk nüvə poliqonunu bağlayıb.
Prezidentin sözlərinə görə, dünyada dördüncü ən böyük nüvə arsenalından könüllü şəkildə imtina edən Qazaxıstan sülh və təhlükəsizlik naminə tarixi seçim edib.
20:22 29.08.2026
Oxunuş sayı: 63