Məşhur aktyor vəfat etdi
Sovet və Rusiya aktyoru, sirk artisti və kloun Sergey Maksimov 80 yaşında, 81-ci ilində vəfat edib.
Crossmedia.az xəbər verir “Lenta.ru” bu barədə məlumat yayıb.
Səhnədə Maks Maksimov adı ilə tanınan aktyor avqustun 29-da səhər saatlarında dünyasını dəyişib. Onun vəfat etdiyini həyat yoldaşı “TASS”-a açıqlamasında təsdiqləyib.
Sergey Maksimov 5 avqust 1946-cı ildə Moskvada anadan olub. O, sovet və Rusiya sirkinin tanınmış nümayəndəsi, xalça klounu, akrobat və aktyor kimi fəaliyyət göstərib.
Maksimov “Ayın o biri üzü” (“Обратная сторона Луны”) serialında, eləcə də “Almaz ovçuları” (“Охотники за бриллиантами”), “Üçüncü dünya müharibəsi” və “Delfin” kimi film və seriallarda rol alıb.
Aktyor Soyuzqossirkdə çalışıb və “GİTİS”-in rejissorluq fakültəsini bitirib
17:03 29.08.2026
Oxunuş sayı: 50