Nigerin paytaxtında hava limanı və prezident sarayına hücum edilib
Nigerin paytaxtı Niameydə silahlı şəxslər beynəlxalq hava limanına hücum edib və prezident sarayının ətrafındakı təhlükəsizlik perimetrini yarmağa cəhd göstərib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Şənbə günü səhər saatlarında paytaxtın bir neçə rayonunda partlayış və uzunmüddətli atəş səsləri eşidilib. Təhlükəsizlik xidmətlərindəki mənbənin agentliyə bildirdiyinə görə, silahlı şəxslər paytaxtın beynəlxalq hava limanına hücum edib.
Prezident sarayının ətrafında atışmanın intensiv və fasiləsiz olduğu bildirilib. Sosial şəbəkələrdə hava limanının yaxınlığında zirehli texnikanın yerləşdirildiyini göstərən görüntülər yayılıb.
Hava limanının ərazisində Nigerin ən böyük hava qüvvələri bazası olan 101 saylı baza yerləşir.
Hadisənin səbəbi və hücumun arxasında hansı qruplaşmanın dayandığı hələlik məlum deyil.
15:58 29.08.2026
Oxunuş sayı: 60