Üç nəhəng ölkınin liderləri Bişkekdə bir araya gəlir
Çin Prezidenti Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəklər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sammit zamanı Çin-Hindistan münasibətləri, Hindistan-Pakistan gərginliyi və Çin-Rusiya əlaqələrinin dərinləşməsi diqqət mərkəzində olacaq.
10 ölkənin daxil olduğu ŞƏT dünya əhalisinin təxminən 3,4 milyard nəfərini və qlobal ÜDM-in dörddə birini təmsil edir. Sammitin gündəliyində təhlükəsizlik, ticarət və regional münaqişələr də yer alacaq.
20:40 28.08.2026
Oxunuş sayı: 45