Ukraynadan Rusiyanın hərbi aerodromuna ağır zərbə: 6 döyüş təyyarəsi vurulub
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Voronej vilayətində yerləşən “Borisoglebsk” hərbi aerodromuna raket zərbəsi endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, oktyabrın 15-nə keçən gecə həyata keçirilən hücum zamanı Rusiyaya məxsus 6 ədəd Su-34M qırıcı-bombardmançı təyyarəsi vurulub.
Bildirilib ki, hücum Ukrayna istehsalı olan “Neptun” raketləri ilə həyata keçirilib. Zərbələr nəticəsində aerodromda aviasiyanın fəaliyyətini təmin edən texniki avadanlıqlar da sıradan çıxarılıb.
Aerodrom ərazisində güclü yanğın və təkrar partlayışların baş verdiyi qeyd olunub.
Ukrayna Baş Qərargahının məlumatına əsasən, altı təyyarənin hamısı müxtəlif dərəcədə zədələnib. Təyyarələrin tamamilə məhv edildiyi barədə məlumat isə müstəqil şəkildə təsdiqlənməyib.
17:33 15.10.2026
Oxunuş sayı: 164