Körfəzdə gərgin anlar: İranın hücum etdiyi gəmi alovlara büründü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə zərbə endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İran tərəfinin məlumatına görə, gəmi müəyyən edilmiş gəmiçilik qaydalarını pozaraq icazəsiz marşrutla hərəkət etməyə çalışıb.
Hücum nəticəsində gəmidə güclü yanğın baş verib. Sosial şəbəkələrdə gəminin alovlandığını əks etdirdiyi bildirilən görüntülər yayılıb.
Bölgədə gəmilərin hərəkəti ilə bağlı təhlükəsizlik riskləri artıb. Fars körfəzi və Hörmüz boğazında vəziyyət gərgin olaraq qalır.
13:15 15.10.2026
Oxunuş sayı: 55