"Arsenal" "Bavariya"nın müdafiəçisi Kim Min Ceni transfer etmək istəyir
İngiltərənin "Arsenal" klubu qış "transfer pəncərəsi"ndə "Bavariya"nın mərkəz müdafiəçisi Kim Min Ceni transfer etmək istəyir.
Crossmedia.az "Teamtalk" nəşrinə istinadən xəbər verir ki, koreyalı futbolçu ilə Premyer Liqanın digər təmsilçisi "Tottenhem" də maraqlanır.
"Transfermarkt" portalı 29 yaşlı asiyalı oyunçunun dəyərini 20 milyon avro qiymətləndirir. Onun "Bavariya" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatır.
Qeyd edək ki, təcrübəli müdafiəçi Almaniya Bundesliqasının cari mövsümündə üç matçda çıxış edib.
14:30 15.10.2026
Oxunuş sayı: 54