Ukrayna Rusiyanın dərinliyindəki neft zavodunu və Tu-95MS-i hədəfə aldı
Ukrayna qüvvələri Rusiyanın Yaroslavl vilayətində cəbhə xəttindən 1000 kilometr uzaqda yerləşən neft emalı zavoduna, eləcə də Engelsdəki aerodromda Tu-95MS strateji raketdaşıyan təyyarəsinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlama yayıb.
Zelenskinin sözlərinə görə, son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri Yaroslavl vilayətindəki neft emalı zavodunu vurub. O, zərbənin cəbhə xəttindən təxminən 1000 kilometr məsafədə həyata keçirildiyini bildirib.
Ukrayna Prezidenti həmçinin SBU-nun “Alfa” xüsusi təyinatlılarının Engels aerodromunda Rusiyaya məxsus Tu-95MS raketdaşıyan təyyarəsini hədəfə aldığını açıqlayıb.
Tu-95MS tipli təyyarələr Rusiyanın Ukraynaya uzaqmənzilli raket zərbələrində istifadə etdiyi strateji bombardmançılardır.
16:56 28.08.2026
Oxunuş sayı: 50