Ukrayna ilk dəfə bu raketlərdən istifadə edib – İDDİA
Ukrayna Silahlı Qüvvələrinin ABŞ tərəfindən gizli şəkildə təhvil verildiyi iddia olunan JDAM-LR raketlərindən ilk dəfə istifadə etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Defence Express” bu barədə məlumat yayıb.
Məlumata görə, Donetskdə komanda məntəqəsinə endirilən zərbə yerində JDAM sistemləri üçün qanad dəstləri istehsal edən Avstraliyanın Ferra Aerospace şirkətinin markalanması olan qalıqlar aşkarlanıb.
“Defence Express” dağıntıların xarakterinə əsasən ABŞ-nin Ukraynaya rəsmi açıqlanmayan, reaktiv mühərriklə təchiz edilmiş yeni JDAM-LR qanadlı raketlərini gizli şəkildə ötürmüş ola biləcəyini iddia edir.
Bildirilir ki, 226 kiloqramlıq Mk-82 bombası ilə təchiz edilən və radioelektron mübarizədən qorunan yenilənmiş naviqasiya sisteminə malik olan bu sursatın 555 kilometrədək məsafədə möhkəmləndirilmiş hədəfləri vurmaq imkanına malik olduğu iddia edilir.
Məlumata görə, raketlərin buraxılması üçün F-16 qırıcılarından, eləcə də uyğunlaşdırılmış sovet istehsalı Su-27 və MiQ-29 təyyarələrindən istifadə oluna bilər.
Ekspertlərin qiymətləndirməsinə əsasən, JDAM-LR sursatlarının Ukraynaya gizli tədarükü hələlik olduqca məhdud sayda həyata keçirilib.
15:26 28.08.2026
Oxunuş sayı: 47