İllər sonra ilk dəfə: Harri və Meqan Britaniyada
Sasseks hersoqu Harri və hersoginyası Meqan övladları ilə birlikdə Böyük Britaniyaya qayıdıblar.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Məlumata görə, Harri, Meqan və övladları Arçi və Lilibet Kaliforniyadan ölkəyə özəl təyyarə ilə gəliblər.
Cütlük 2020-ci ilin yazında kral ailəsinin rəsmi vəzifələrini yerinə yetirməkdən imtina edib və Böyük Britaniyanı tərk edərək Kaliforniyada məskunlaşıb.
17:48 26.08.2026
Oxunuş sayı: 37