ABŞ-də üç məxfi xidmət əməkdaşı işdən uzaqlaşdırıldı
ABŞ Məxfi Xidmətinin üç əməkdaşı mümkün qayda pozuntularına dair şübhələr səbəbindən vəzifələrinin icrasından uzaqlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, “Associated Press” bu barədə məlumat yayıb. Məlumata görə, sözügedən əməkdaşlar hüquq-mühafizə deyil, inzibati vəzifələrdə çalışıblar. Onların mümkün pozuntulara yol verib-vermədiyi araşdırılır, lakin işin konkret detalları hələ açıqlanmayıb.
Araşdırmanı ABŞ Məxfi Xidmətinin Peşəkar Məsuliyyət İdarəsi aparır. Məxfi Xidmət son dövrlərdə Prezident Donald Trampa qarşı bir neçə sui-qəsd təhdidi və onun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı digər insidentlər fonunda diqqət mərkəzindədir.
15:50 26.08.2026
Oxunuş sayı: 47