Yaponiya Baş nazirindən QƏRİBƏ ETİRAF - Tarakanla dostluq edir
Yaponiya Baş naziri Sanae Takaichi çox saatlıq iş zamanı otağında peyda olan tarakanı öldürmədiyini və onunla “dostlaşdığını” bildirib.
Crossmedia.az xəbər verir ki, Takaichi bu barədə açıqlamasında danışıb.
Baş nazirin sözlərinə görə, tarakan uzun müddət davam edən iş prosesi zamanı gözlənilməz “yoldaşına” çevrilib. Takaichi həşəratı öldürməyib və onun kiminsə reinkarnasiyası ola biləcəyini düşündüyünü deyib.
Daha sonra əməkdaşlar tarakanı otaqdan çıxarıblar. Bundan sonra baş nazir özünü “bir qədər tənha” hiss etdiyini etiraf edib.
10:06 26.08.2026
Oxunuş sayı: 54