Zelenski Ermənistana yardım təklif edib
Ukrayna Ermənistanın Avropa ilə daha sıx əlaqələr qurmaq istiqamətində atdığı addımlara dəstək verməyə və mümkün olan bütün sahələrdə yardım göstərməyə hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq hazırda daha da intensivləşib.
“Ukraynanın Müstəqillik Günü münasibətilə göndərdikləri səmimi təbrikə görə təşəkkür edirik. İki ölkə arasında yüksək səviyyəli dialoq hazırda fəallaşıb.
Ümid edirik ki, bunun ardınca digər səviyyələrdə və müxtəlif sahələrdə daha sıx əməkdaşlıq gələcək. Ermənistan xalqı Avropa ilə daha sıx əlaqələrə doğru inamla irəliləyir. Ukrayna bu seçimi alqışlayır və mümkün olan hər yerdə dəstək göstərməyə hazırdır”, – Zelenski qeyd edib.
18:23 25.08.2026
Oxunuş sayı: 41