Britaniya şirkəti Azərbaycanda və Xəzər regionunda əməliyyatlarını genişləndirəcək
Böyük Britaniyanın "Interocean Group" şirkəti Azərbaycanda və Xəzər regionunda mövcudluğunu genişləndirmək məqsədilə "Green Line Shipping" gəmiçilik şirkəti (Bakı) ilə birgə müəssisə təsis edib.
Crossmedia.az-ın Britaniya şirkətinə istinadən verdiyi məlumata görə, tərəfdaşlıq Britaniya tərəfinin beynəlxalq standartları, korporativ idarəetmə sistemləri və texniki ekspertizasının Bakıdakı şirkətin yerli təcrübəsi və əməliyyat imkanları ilə birləşdirilməsinə yönəlib.
Əməkdaşlıq strateji "non-equity" (bizneslər birləşmir və ya satın alınmır) xarakteri daşıyır.
Tərəflər dəniz və ofşor enerji xidmətləri, gəmi idarəetməsi, dəniz sığortası və aktivlər üçün kompleks həllər sahəsində layihələri birgə qiymətləndirmək və onların həyata keçirilməsi modellərini müəyyən etmək niyyətindədirlər.
2007-ci ildə yaradılmış "Interocean Group" dəniz və mühəndislik xidmətlərinin göstərilməsi, aktivlərin bütövlüyünün idarə edilməsi və enerji sektorunun dəstəklənməsi üzrə ixtisaslaşıb. Şirkət 17 ölkədə fəaliyyət göstərir.
11:53 25.08.2026
Oxunuş sayı: 52