Medvedev Ermənistan hakimiyyətini sərt şəkildə tənqid edib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı sualları cavablandırarkən ölkənin hazırkı hakimiyyətini sərt ifadələrlə tənqid edib.
Crossmedia.az bu barədə ˝TASS˝a istinadən xəbər verir.
Medvedev bildirib ki, onun fikrincə, Ermənistan heç vaxt Avropa İttifaqına üzv olmayacaq, lakin bu istiqamətdəki siyasət Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələri ilə münasibətlərə uzunmüddətli zərər vura bilər.
O, Ermənistan rəhbərliyinin siyasətini milli maraqlara xəyanət, Sorosun pulları və Erməni Apostol Kilsəsinin təqibi ilə əlaqələndirib.
Medvedev fikirlərinin sonunda latınca Non mittite margaritas ante porcos ifadəsini işlədib. Bu ifadə Donuzların qarşısına mirvari səpməyin mənasını verir.
21:06 24.08.2026
Oxunuş sayı: 46