Baqayi: İran və Oman Hörmüz boğazının təhlükəsizliyini müzakirə edəcək
İran və Pakistan ikitərəfli münasibətləri genişləndirir, tərəflər arasında regional təhlükəsizlik məsələləri də müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bu barədə açıqlama verib.
Baqayi bildirib ki, Pakistan ordusunun komandanı Asim Munirin İrana səfəri Tehran və İslamabad arasında inkişaf edən münasibətlər çərçivəsində həyata keçirilir.
Onun sözlərinə görə, səfər zamanı ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri ilə yanaşı, Hörmüz boğazının təhlükəsizliyi və gəmiçilik marşrutları ilə bağlı məsələlər də müzakirə olunacaq.
Baqayi qeyd edib ki, İran və Oman regionun sahilyanı dövlətləri kimi Hörmüz boğazının təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirirlər.
17:25 24.08.2026
Oxunuş sayı: 56