Ukrayna Rusiyanın müdafiəsini hədəfə alıb
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus Su-33 və MiQ-29 qırıcılarının Krasnodar vilayətindəki Vityazevo hava limanında vurulduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Xidmətin məlumatına görə, hücum zamanı eyni ərazidə Rusiyanın Orion kəşfiyyat PUA-sı da məhv edilib.
Bundan başqa, Ukrayna PUA-larının Rusiya və Krım ərazisində ümumilikdə 14 hədəfə zərbə endirdiyi bildirilib. Hədəflər arasında S-400, Tor və Pantsir-S1 zenit-raket kompleksləri, həmçinin 8 radarın olduğu qeyd edilib.
23:59 23.08.2026
Oxunuş sayı: 64