Moldova Baş naziri oğlu ilə Bosforu üzüb keçib
Moldovanın Baş naziri Vasile Tofan oğlu ilə birlikdə Bosfor boğazını üzüb keçib.
Crossmedia.az xəbər verir ki, “Radio Moldova” bu barədə məlumat yayıb.
Tofan İstanbulda keçirilən 6,5 kilometrlik üzgüçülük yarışında oğlu ilə birlikdə iştirak edib. Yarış Asiya sahilindən başlayıb və Avropa sahilində başa çatıb.
Baş nazir bildirib ki, yanvar ayında oğluna birlikdə Bosforu üzərək keçəcəklərinə söz verib. Oğlu yarışa təxminən bir il hazırlaşıb.
Tofanın sözlərinə görə, oğlu yarışı ondan daha sürətli başa vurub. Baş nazir bunu valideyn üçün xüsusi sevinc kimi qiymətləndirib.
20:14 23.08.2026
Oxunuş sayı: 62