İlham Əliyev və Şavkat Mirziyoyev ailələri ilə birgə foto çəkdiriblər
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ailələri ilə birlikdə Daşkənddə birgə foto çəkdiriblər.
Crossmedia.az xəbər verir ki, “AZƏRTAC” bu barədə məlumat yayıb.
Birgə foto Özbəkistanın paytaxtındakı “Kuksaroy” Dövlət İqamətgahında çəkilib.
Fotoda İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Şavkat Mirziyoyev və birinci xanım Ziroat Mirziyoyeva yer alıblar.
İlham Əliyev avqustun 23-də Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistana dövlət səfərinə gedib. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.
19:25 23.08.2026
Oxunuş sayı: 63